Nərimanovda 51 yaşlı kişi qətlə yetirilib 

09:23 04.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Hafta.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat verib, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.